İran: son hadisələr yeni dərc olunmuş dərsliklərə niyə düşməyib?

İran: son hadisələr yeni dərc olunmuş dərsliklərə niyə düşməyib?
Çap edildi

ABŞ və İsraillə son müharibə və ali dini lider Əli Xameneinin ölümü İranda yeni çap olunmuş dərsliklərdə öz əksini tapmayıb.

Çünki bu dərsliklər hadisələrdən əvvəl dərc olunub və indi onları dəyişmək üçün hökumətin vəsaiti yoxdur.

İran Təhsil Nazirliyinin rəsmisi Əli Lətifi deyib ki, yeni təhsil ili üçün təxminən 163 milyon dərs kitabı çap olunur və bu kitabların bir hissəsi son hadisələrdən əvvəl artıq çap olmuşdu.

O bildirib ki, dəyişiklik hələ çap olunmayan kitablara tətbiq edilib.