Samuxda qarayara xəstəliyi aşkarlanıb

Samuxda qarayara xəstəliyi aşkarlanıb
Çap edildi

Samux rayonunda qarayara xəstəliyi qeydə alınıb.

Rəsmi qurumlar açıqlayıb ki, xəstəlikdə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduqları müəyyən edilib.

Hazırda xəstə heyvanla 9 nəfərin təmasda olduğu deyilir.

Onlar Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində nəzarət altına alınıblar.

Səhiyyə Naziriyi bidirir ki, əhali arasında yayılma qeydə alınmayıb. Nazirlik xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinməyi tövsiyə edir.

Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla təmas nəticəsində insanlara keçən xəstəlikdir. İnsandan insana yoluxma isə olduqca nadir hallarda baş verir, Səhiyyə Nazirliyi bildirir.

Nazirlik onu da qeyd edib ki, xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı qarayara xəstəliyinə yoluxmaya səbəb olmur.