Təbrizdə əczaçılar etiraz edir: pullarını ala bilmirlər
Təbrizdə əczaçılar etiraz edir: pullarını ala bilmirlər
Çap edildi
İranın Şərqi Azərbaycan Vilayətinin mərkəzi Təbrizdə bir qrup əczaçı etiraz aksiyası keçirib.
Bu etiraz Şərqi Azərbaycan Səhiyyə Sığortası, yəni bimeye səlamət idarəsinin binası qarşısında baş tutub.
Etirazın əsas səbəbi apteklərin, yəni daruxanələrin gecikmiş sığorta ödənişləri olub.



